Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Dubayda yaradılan bərpa olunan enerji parkının 6-cı fazasını icra edəcək.
Bu barədə Dubay enerji-su təchizatı şirkəti - DEWA məlumat yayıb.
Məlumatda qeyd olunur ki, "Masdar" 1,5 milyard dollara yaxın vəsaitlə 1.8 MVt gücündə günəş elektrik stansiyasını tikəcək. Stansiyanın 2024-cü ilin sonlarından istisimara verilməsinə başlanılacaq.
İndiyədək enerji parkının 5 fazası çərçivəsində 2.427 MVt bərpa olunan enerji istehsalı gücləri istifadəyə verilib. Parkın yaradılmasına 2010-cu ildən başlanıb.
Hazırda Dubayın enerji təminatının 16.3 faizi təmiz enerji mənbələri hesabına həyata keçirilir. 2024-cü ildə bu göstərici 24 faizə çatacaq.
2030-cu ilədək Dubay təmiz enerji parkında 5 min MVt güc formalaşdırılacaq. Bu layihəyə yatırılan investisiyaların həcmi isə 13,6 milyard dollara çatacaq.
Qeyd edək ki, Masdar Azərbaycanda 240 MVt gücündə günəş elektrik stansiyası qurur.//musavat.com