Ermənilərin Azərbaycanın Xankəndi şəhərində, iddia edildiyi kimi, “humanitar böhran” içərisində yaşamadığı artıq heç kimə sirr deyil. Bunu ermənilərin özləri də etiraf edir. Ermənilərin avqustun 9-da Xankəndidə dəbdəbəli toy mərasimi real vəziyyəti bir daha aydın göstərir.
Trend-in məlumatına görə, Azərbaycanın Niderlandakı səfiri Rəhman Mustafayev “X”də paylaşdığı videoda da göründüyü kimi, ermənilər firavan həyat yaşayırlar.
Aylardır ki, Ermənistan tərəfi təkidlə Xankəndidə ermənilərin “humanitar böhran” içərisində yaşadığını, guya Azərbaycanın onları blokadada saxladığını iddia edir, dünyaya car çəkir. Ancaq məlum toy videosu Ermənistanın bütün yalanlarını ifşa edir və ermənilərin şadyanalıq içərisində yaşadığını göstərir, “humanitar böhran”dan isə heç bir əsər-əlamət yoxdur.
Bütün bunlar Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin yaxınlığında bilərəkdən avtomobil karvanı toplamasının siyasi şou olduğunu bir daha sübut edir.