Kliniki Tibbi Mərkəzin (KTM) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir əvəzləyicisi Aqşin Ağayev vəzifəsindən ayrılıb.
MilliYol.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.
"7 avqust tarixindən Kliniki Tibbi Mərkəzdən öz istəyimlə ayrıldım. Mərkəzdə son 7 ayda İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri vəzifəsini icra edirdim. Bu fəaliyyət dönəmində mediadan gələn sorğuları, həmçinin şəxsi xahişlərin hər birini operativ cavablandırmaya və həll etməyə çalışdım. Ümumilikdə isə "Semaşko" kimi tanınan xəstəxananın "Kliniki Tibbi Mərkəz" və ya "KTM" kimi tanınması üçün çox əziyyət çəkdik. Bu yolda bizə dəstək olan bütün media əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Yeni ünvanda görüşərik", deyə Aqşin Ağayev bildirib.