Yanvarın 11-də Bakıda 3 piyada yol qəzasının qurbanı olub.
Lent.az xəbər verir ki, Nərimanov rayonu Məmməd Araz küçəsində "Mercedes" markalı avtomobil 59 yaşlı kişini vurub öldürüb. Nizami rayonu Heydər Əliyev prospektində isə piyada keçidinin yaxınlığında 70 yaşlı kişi "Hyundai" markalı avtomobilin altında qalaraq vəfat edib.
Digər hadisə isə Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Burada "QAZ 2410" markalı minik avtomobilinin vurduğu 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Hər 3 faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...