Planetin ən zəngin insanlarının yeni reytinq siyahısı hazırlanıb.
Publika.az xəbər verir ki, Beynəlxalq "Bloomberg" agentliyi planetin ən varlı adamlarının yeni reytinqini dərc edib və bu reytinqə əsasən, reytinq iştirakçılarının milyarderlərin əksəriyyəti daha da varlanıb.
Milyarderlər siyahısına başçılıq edən "Tesla"nın qurucusu və "Twitter"in sahibi, ixtiraçı İlon Maskın sərvəti ilin əvvəlindən 105 milyard dollar artaraq 242 milyard dollara çatıb.
İkinci yerdə dünyanın ən zəngin insanlarının ilk beşliyinə daxil olan yeganə avropalı Bernard Arnault qərarlaşıb. Onun sərvəti reytinqə əsasən ilin əvvəlindən 36,1 milyard dollar artaraq 198 milyard dollar təşkil edib.
74 yaşlı Arnault 70-ə yaxın tanınmış moda və kosmetika brendini birləşdirən dünyanın ən böyük lüks mallar şirkəti "Moet Hennessy Louis Vuitton"(LVMH) şirkətinin baş direktorudur.
"Amazon"un qurucusu Ceff Bezos 157 milyard dollarla üçüncü yerdədir. Onun sərvəti ilin əvvəlindən 49,9 milyard dollar artıb.
Xeyriyyəçi və keçmiş "Microsoft"un ən böyük səhmdarı Bill Qeyts "Bloomberg"in milyarderlər siyahısında dördüncüdür, onun sərvəti ilin əvvəlindən bu yana 26,9 milyard dollar artıb və hazırda 136 milyard dollar təşkil edir .
Planetin ən varlı adamları arasında ilk beşliyi tamamlayan "Oracle" şirkətinin qurucusu Larri Ellison sərvətini ilin əvvəlindən 39,5 milyard dollar artıraraq 131 milyard dollara çatdırıb.
Qeyd edək ki, ümumilikdə planetin ən varlı adamlarının onluğu bu ilin əvvəlindən 443,2 milyard dollar qazanıb.