Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş İdarələrinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.
Bu barədə MilliYol.az-a Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, həmin sözügedən Baş İdarələrin sayı beşdir və onlar ləğv olunmayıb.
Vəzifəsindən azad olunan idarə rəisləri isə aşağıdakılardır:
Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev.
Xatırladaq ki, bu barədə ilk məlumatı gununsesi.info yayıb.