Daxili işlər orqanlarında yeni təyinat olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru Heydərli Elnur Ramiz oğlu tutduğu vəzifədən azad edilərək Sabirabad RPŞ-nin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Elnur Heydərli əvvəllər DiN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində, ondan əvvəl isə Binəqədi və Şəmkir rayon polis idarələrində müstəntiq, baş müstəntiq vəzifələrində işləyib.
Digər xəbərlər
loading...