"Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" Publik Hüquqi Şəxsi məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, məhkəməyə müraciət edən tərəflər 13 ildir Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb bacısı kimi çalışan Mikayılova Lalə Ayaz qızı və bacısı Bayramova Jalə Ayaz qızıdır.
Hər iki bacının şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılsa da, hakimlər ayrı-ayırıdır. İşlərə Əfsanə Heydərova və Ceyhun Tağıyev təyin edilib.
Qeyd edək ki, KİV-da gedən məlumatlara görə, bacılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Şahin Əkbərovdan narazıdırlar.
Belə ki, Lalə Mikayılova may ayının 13-də gecə növbəsindən çıxıb, növbəni təhvil verərkən İnstitutun rəhbərliyi tərəfindən onun dolabında axtarış aparılıb. Belə qərara gəlinib ki, tibb bacısı özünə məxsus dolabda lazımsız tibbi preparatlar və dərmanlar saxlayır. Bunun əsas gətirərək Mikayılova Lalə töhmətlə cəzalandırıb, işlədiyi “Travma” şöbəsinin gecə növbəsindən, “Ortopediya” şöbəsinin gündüz növbəsinə keçirilib.
10 ildir həmin İnstitutda işləyən şikayətçinin doğma bacısı Bayramova Jalə Ayaz qızını da institut rəhbərliyi gecədən gündüz növbəsinə keçirib. Şikayətçi bacılar barələrində atılan bu addımın şəxsi prinsipdən qaynaqlandığını iddia ediblər.
Şahin Əkbərov isə cavabında deyib ki, bacılarıla bağlı görülən tədbirin əsaslı səbəbi olub: “Onların dolabında lazımsız tibbi ləvazimatlar aşkarlanıb”.