Bu gün Azərbaycanın 3 klubu Antalyaya yollanıb. İstanbuldakı hava şəraiti üzündən bir neçə gündü səfəri təxirə salınan "Qəbələ", "İnter" və "Sumqayıt" bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə qardaş ölkəyə uçub.
Klublarımızı səfərə aparan təyyarə narazılıqlara səbəb olub. Belə ki, bəzi sərnişinlərin baqajları Antalyaya gedib çıxmayıb. Baqajını tapa bilməyən sərnişinlər arasında futbolçular və klub rəsmiləri də var.
Bu isə sərnişinlərin haqlı narazılığı ilə nəticələnib. Antayaya uçan bəzi sərnişinlər Alanya bölgəsinin sakinləri olub. Onlar uzaq yolu bir daha geri qayıdaraq Antalyadan yüklərini götürmək məcburiyyətində qalacaqlarına görə narahatdılar. Buna görə də şirkət rəhbərliyindən narazı qalıblar.
Qeyd edək ki, bu AZAL təyyarələri ilə bağlı yaranan ilk problem deyil. Belə hallar həm klublarımızın və yığmalarımızın səfərləri, həm da adi sərnişin reysləri zamanı dəfələrlə qeydə alınıb.
Mənbə: Fanat.az
Digər xəbərlər
loading...