Son günlər kəskin baş ağrısı ilə bağlı şikayətlərin sayı artır.
Başağrısını, kimi havaların isti keçməsi, kimi maqnit qasırğası, kimi də koronavirusun yeni mutasiyası ilə əlaqələndirir.
Eyni zamanda bu ağrıların bir neçə saat yox, həttda bir neçə gün çəkdiyindən şikayətlənirlər.
Həkim Elnarə Salahova Xəzər Xəbər"ə deyib ki, son bir həftə ərzində kəskin baş ağrıları ilə bağlı müraciətlərin sayı artıb. Baş ağrılarını hər zaman miqren adlandırmaq olmaz. Ağrılar mütəmadi hal alıbsa, mütləq həkimə müraciət edərək müayinədən keçmək lazımdır.
Hazırki müraciətlərin virus xarakterli olmadığına diqqət çəkən Elnarə Salahova qeyd edib ki, baş ağrıları istənilən yolxucu xəstəliklərdən sonra da yaranma xüsusiyyətinə malikdir.
Başağrıları üç gündəın artıq davam edərtsə mütləq həkimə müraciət edilməlidir. Bundan başqa müvəqqəti ağrıkəsicilər qəbul etmək də xəstəliyi ağırlaşdıra bilər.
Digər xəbərlər
loading...