Kürdəmirdə bədbəx hadisə baş verib. Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşov silahla eytiyyatsız davranaraq özünə atəş açıb.
Qaynarinfo bizim media-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saat 17:00 radələrində rayonun Pirəköcə kəndində qeydə alınıb.
Kənd sakini 1975-ci il təvəllüdlü Azər Azay oğlu Qaraşov yaşadığı evdə üzunə məxsus ov tüfəngini təmizləyərkən ehtiyyatsızlıq edib və silah onun əlində açılıb.
Silahdan açılan atəş nəticəsində Azər Qaraşov qarın nahisəindən ağır xəsarət alıb və elə hadisə yerindəcə dünyasını dəyişib.
Bundan sonra hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, mərhum Azər Qaraşov 3 uşaq atası idi və rayonun Pirəköcə kəndində ata evində yaşayırdı.
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.