Ağdamda başçı müavini olaraq işlədiyi uzun illər boyunca Allahverən Əliyev vəzifə səlahiyyətlərində sui-istifadə edərək özünə və ailə üzvlərin çox saylı qanunsuz bizneslər qurub, mülklər tikdirib...
Məmurların qanunsuz olaraq bizneslə məşğul olmaları ilə bağlı demək olar ki, hər gün yazılar dərc olunur. Amma bu, demək olar ki, heç nəyi dəyişmir və məmur biznesi çiçəklənməykdə davam edir. Bu bir tərəfdən qanunlarda olan boşluqlarla əlaqəlidirsə, ölkəmizdə topdağıtmaz məmur bizneslərinin ayaq tutub yeriməsinin digər və əsas səbəbi onların elə məmur olmalarıdır.
Qanunsuz biznesə sahib olan məmurları cəzalandıracaq şəxslərin də məmur olmaları və onların da çox saylı biznes obyektlərinin olması ölkədə bu sahədə cəzasızlıq “preambulası” formalaşdırıb. Yəni heç kəs “öz oturduğu budağı baltalamaq istəmədiyi” üçün yaranmış vəziyyət də normal, hətta təbii qəbul olunur. Ancaq gözdən düşdüyünə görə vəzifədən getmiş məmurlardan qanunsuz biznesə görə hesab sorulur ki, bu da problemin nə qədər dərində olmasından xəbər verir.
Ancaq biz media olaarq öz işimizi görməli və vətəndaşın “boğazında kal armuda” dönüşən məmurların qabunsuz bizneslərini xalqın diqqətinə çatdırmalıyıq. Bu da bizim vəzifə borcumuzdur.
Bu günkü “qonağımız” isə Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Əliyevdir.
Öncəliklər tanışlıq üçün qeyd edək ki, ağdamlıların “pendir kralı” dedikləri Allahverən müəllim çox-çox uzun illərdir ki, Ağdamda başçını birinci müavini işləyir və o, çoxlu sayda başçı yola salıb. Amma nə hikmətdirsə, yeni gələn heç bir başçı Allahverən müəllimi yola sala bilməyib. Başçılar Allahverən müəllimin təsiri altına düşüb işləyirlər və bəlkə də buna görə onları tez birzamanda vəzifələrini itirirlər. Demək olar ki, onların heç biri başqa rayona transfer olunmur, sadəcə evlərinə yola salınırlar.
Ağdamda başçı müavini olaraq işlədiyi uzun illər boyunca Allahverən Əliyev vəzifə səlahiyyətlərində sui-istifadə edərək özünə və ailə üzvlərin çox saylı qanunsuz bizneslər qurub, mülklər tikdirib.
Biz bu bügün Allahverən müəllimin ancaq Ağdamda hamı tərəfindən bilinən biznesini təqdim edirik. Bu bizneslərin və mülklərin hamısı Allahverən Əliyevin yaxın ailə üzvlərinin adına qeydiyyatdadır. Bunların arasında Allah verən müəllimin dəbdəbəli istirahət evi (bu evdən cənab Allahverən Əliyev ancaq günorta saatlarında istifadə edir), yüzlərlə hektar torpaq sahəsi, böyük heyvandarlıq kompleksləri, mağaza və marketləri, pendir istehsal edən sexləri (yerli sakinlər bu pendir sexlərinin çirkab suyundan cana doyublar) və digər biznes obyektləri aiddir.
Siyahını şəkillərlə təqdim edirik:
1.Allahverən Əliyevin istirahət evi
2.Allahverən Əliyevin Çəmənli kəndindəki pendir sexi
3.Allahverən Əliyevin Çəmənli kəndindəki mağazası
4.Allahverən Əliyevin Çəmənli kəndindəki ferması
5.Allahverən Əliyevə məxsus ferma
6.Allahverən Əliyevə məxsus ferma və əkin sahələri
Qeyd edək ki, bunlar yalnız Allahverən Əliyevin Ağdamda mövcud olan mülk və biznes, torpaq sahələridir. Onun qonşu rayonlarda və Bakı şəhərində də çox saylı mülkləri və biznes obyektləri var. (obyektiv.info)