Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib. Hadisə Qubanın Mahmudqışlaq kəndində qeydə alınıb.
24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev "Xəzər Xəbər"ə deyib ki, bir neçə aydır ata evində qalan qızını onun əri gecə saatlarında gələrək öldürüb.
26 yaşlı Elşad Quliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Fakta görə Quba rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Digər xəbərlər
loading...