Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonu, Ağbulaq kəndində yerləşən, bir vaxtlar "Nəqşicahan” Holdinqin nəzdində olan Ağbulaq İstirahət Mərkəzi və Ağbulaq Xizək Mərkəzi satılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, mərkəz NMR Həmkarlar İttifaqları Şurası tərəfindən satın alınıb. Artıq istirahət mərkəzində Həmkarlar İttifaqları Şurası yenidənqurma işləri aparır.
Şuradan bildirilib ki, bu işlərə ötən ayın sonlarından start verilib. Mərkəzdə olan kanat xəttinin təkmilləşdirilməsi üçün xaricdən mütəxəssislər də dəvət olunub.
Qeyd edək ki, "Nəqşicahan” Holdinq Naxçıvan Milli Məclisinin sabiq sədri Vasif Talıbova məxsus idi.
Digər xəbərlər
loading...