Deputat İqbal Məmmədova məxsus "Lerik Broyler” MMC atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında ittiham edilir.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.1 maddəsinin pozmasına görə protokol tərtib olunub.
Sözügedən maddəyə əsasən şirkət müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasında ittiham olunur.
İddia Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsi tərəfindən protokllaşdırılaraq, məkəməyə göndərilib. İşə 31.07.2023-cü il tarixində Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov sədrliyi ilə baxılacaq.
Əgər iddia təsdiqini taparsa, "Lerik Broyler” MMC İXM-nin 234.0.1 maddəsinin pozulmasına görə 7500 manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən, "Lerik Broyler” MMC 26 noyabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lerik şəhəri, Nəriman Nərimanov küçəsi, ev 38, mənzil 7-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi deputatın qardaşı oğlu Nərimanlı Orxan Çingiz oğludur.
Hazırda şirkətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 105 min 778 manat 91 qəpik vergi borcu var.
Əldə etdiyimiz məlumata görə, MMC-nin digər qurumlara da külli miqdarda borcu var.
Digər xəbərlər
loading...