Bakı şəhəri, Nərimanov rayonu Təbriz Şıxəliyev və M.Məmmədov küçələrinin kəsişməsində yerləşən "Komfort Həyat" Mənzil-Tikinti Kooperativinə məxsus yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı ciddi pozuntular aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, "Komfort Həyat" MTK barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Nərimanov rayonu Təbriz Şıxəliyev və M.Məmmədov küçələrinin kəsişməsində aparılan plan üzrə yoxlama zamanı tikintinin yardımçı obyektlərinin yanğın təhlükəsizliyi tələbatı nəzərə alınmaqla tərtib olunmuş və təsdiq edilmiş baş tikinti planına müvafiqliyi ilə bağlı "Yanğın Təhlükəsizliyi” Qaydalarının 25-ci bəndinin tələblərinin pozulması aşkar edilib.
Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2.000 manat məbləğində inzibati cərimə olunub.
Şirkət 2017-ci ildə dövlət qeydiyyatına alınıb. MTK-nın qanuni təmsilçisi 38 yaşlı Mahir Cəfərovdur. 2018-ci ildə Nərimanov rayonun sabiq icra başçısı, hazırda Abşerona rəhbərlik edən Abdin Fərzəliyevin sərəncamı ilə plana düşən binaların yerində "Komfort Həyat” yaşayış kompleksi salınmağa başlayıb.
Apardığımız araşdırmaya görə, şirkət Abdin Fərzəliyevə məxsus olsa da, MTK-nın rəsmi təsisçisi Şərur rayon sakini, Abşeron icra başçısının həmyerlisi, qohumu Mahir Cəfərov Fərhad oğludur.
Mahir Cəfərov
Abdin Fərzəliyevin Nərimanovda hündürmərtəbəli bina tikən "Araz-2011 A” MMC-si də mövcuddur. Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyətində icra başçısı olsa da, "Araz-2011 A” MMC Nərimanovda hazırda tikinti işlərini davam etdirir.
Abdin Fərzəliyevin bütün bu işlərinə isə Nurlan Həsənov nəzarət edir.
N.Həsənov Nərimanov İcra Hakimiyyətinin "kilid adamı” adını da alıb. O, Nərimanov RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri olub. Hazırda isə N.Həsənov Abşeron rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsələhətçi vəzifəsində çalışır.
N.Həsənov Aberonda RİH-də vəzifəsi baş məsələtçi olsa da, səlahiyyətlərinin şöbə müdirlərindən və icra başçısının müavinlərindən üstün olduğu deyilir.
Bu barədə növbəti yazmızda...
Əhməd
Digər xəbərlər
loading...