Rusiya Prezidenti Vladimir Putin BRİKS-in zirvə toplantısında iştirak etmək üçün Cənubi Afrika Respublikasının (CAR) paytaxtı İohannesburqa getməyəcək.
MilliYol.az xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Bildirilib ki, mərasimdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
Qeyd edək ki, Beynəlxalq Məhkəmə Vladimir Putininin həbsinə dair order verib. Belə ehtimal olunur ki, Rusiya Prezidentini CAR-da həbs edəcəklər. Rəsmi Moskvanın İohannesburqa xəbərdarlıq edərək belə bir hadisə CAR-ın Rusiyaya müharibə etməsinə bərabər olacağı barədə xəbərlər yayılmışdı. Kremlin sözçüsü Dmitri Peskov bu məlumatı təkzib edib.
Xatırladaq ki, təşkilat 2006-cı ilin iyununda təsis olunub. BRİKS-in sammiti avqustda keçiriləcək. BRİKS-ə üzv olan dövlətlər bunlardır – Braziliya, Rusiya, Hindistan, Çin və CAR. Onun ilk sammiti 2009-cu il iyunun 19-da keçirilib.