Amerikalı model Gigi Hadidin bacısı Bella 69-cu Kan Film Festivalına alt paltarısız geyindiyi tək parça qırmızı və dərin dekolteli paltarı ilə görənləri heyran edib. MilliYol.Az xəbər verir ki, onun bu geyimi həm də qalmaqala səbəb olub.
Məlum olub ki, eyni paltardan ilk dəfə Rita Ora geyinib. Müğənni 2014-cü ildə MTV Video Musiqi Mükafatları gecəsinə Donna Karan Atelierin hazırladığı eyni paltarda qatılıb. Bella Hadid üçün isə bu geyimi Aleksandre Vautyer hazırlayıb.
Bu bənzərlik sosial mediada ən çox müzakirə edilən məsə olub. Hətta müzakirlərə modelyerlər də qoşulub.
Modelyer Simon Qlazin bunları deyib: "Bella Hadidlə Rita Ora arasında seçim etməli olsam, Bellanı seçərəm. Hadid modeldi və bununla bağlı dərs aldığı üçün necə poza verməli olduğunu bilir. Rita Ora da bu geyimi yaxşı daşımışdı. Amma Bellanın model olması əlavə üstünlükdü".
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...