Mərhum yazıçı-publisist Rafiq Tağıya həsr olunmuş ilk sənədli film yayımlanıb.
MilliYol.az xəbər veirr ki, Sevinc Çılğının müəllifi olduğu "TERROR QURBANI: Ədib-təbib Rafiq Tağı" adlı ekran işi ötən gün ARB-də efirə verilib.
Filmdə yazıçının ailə üzvləri, dostları və tanınmış yazıçılar çıxış edib, onunla bağlı xatirələrini danışıblar.
Qeyd edək ki, Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində terrora məruz qalıb. Həmin gün axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında ona sui-qəsdə edilib. Qatil yazıçının kürəyindən çoxsaylı bıçaq zərbələri endirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Rafiq Tağı 23 noyabr 2011-ci il tarixdə vəfat edib.
Digər xəbərlər
loading...