Moldovada üç nazir istefa verib.
MilliYol.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri Dorin Reçan məlumat verib.
Baş nazir brifinqdə bildirib ki, təhsil naziri Anatoli Topale, daxili işlər naziri Anna Revenko və infrastruktur naziri Liliya Dabija vəzifələrindən gedirlər.
İstefaların səbəbləri barədə məlumat verilməsə də, mətbuat bunun həm də bu yaxınlarda Kişineu Beynəlxalq Hava Limanında baş vermiş son faciəvi hadisə ilə bağlı olduğunu iddia edir.
Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişineu hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.
Digər xəbərlər
loading...