2023-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manat təşkil edib.
Bu barədə MilliYol.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əməkhaqqı neft-qaz sektorunda 3655,6 manat, qeyri neft-qaz sektorunda 864,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 871,2 manat, özəl müəssisələrdə isə 967,4 manat olub.
2023-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5224,3 min nəfər olmuş, onlardan 4934,5 min nəfərini məşğul əhali təşkil edib. Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1726,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898,6 min nəfər, qeyri-dövlət sektorunda isə 827,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1694,6 min nəfər çalışıb.