İyirmi iki qadın öldürdüyünə görə həbs edilən qatil inanılmaz etiraflar edib.
İrkutskda həbs edilərək ömürlük cəza alan eks-polis Mixail Popkov daha 47 qadını qətlə yetirdiyini deyib. Onun bu etirafından sonra istintaq əməkdaşları sözügedən mərhumların məzarlarını açmalı, meyitlərin ekskumasiyasını, məhkəmə-tibbi və digər ekspertlərini təyin etməli olublar.
Bütün qətlləri etiraf edən Popkovun sözlərinə görə, o, yalnız əxlaqsız həyat tərzi sürən qadınları öldürüb.
İstintaqın məlumatına görə, Anqarskda yaşayan sabiq polisin ilk qətl hadisəsi elə həmin ərazidə, 1994-cü ildə olub. O, digər hadisələri də elə Anqarsk bölgəsində törədib. (qafqazinfo)
MilliYol.Az
Digər xəbərlər
loading...