"Qarabağ" heyətinə daha bir əcnəbi futbolçu qatır.
MilliYol.Az xəbər verir ki, bu barədə "Futbolinfo" məlumat yayıb.
Məlumata görə, Jason Eyenqa-Lokilo “Qarabağ”la danışıqları yekunlaşdırmaq üzrədir. Ağdamlılar tezliklə sağ cinah hücumçusunun transferini açıqlayacaq.
Ağdamlıların oyunçu ilə 3 illik müqavilə bağlayacağı və onun gələn həftə komandaya qoşulacağı deyilir.
Sayt qeyd edir ki, bu futbolçunu “Neftçi” də heyətinə qatmaq istəyib. Hətta "ağ-qaralar" onunla ilkin razılıq da əldə edib, lakin keçid baş tutmayıb.
Konqo əsilli Belarus vətəndaşı olan Jason Eyenqa-Lokilo karyerasına İngiltərənin "Kristal Palas" klubunda başlayıb (2017-2020). O, 2018/19 mövsümündə Fransanın "Loryan", 2020-ci ildə İngiltərənin "Donkaster" klublarına icarəyə verilib. "Donkaster" 2020-ci ildə on u transfer edib. Hücumçu növbəti mövsümdə Polşanın "Qornik" kluba, 2022-ci ildə isə "Sparta Rotterdam"a (Niderland) keçib və hazırda müqavilə ilə bu kluba məxsusdur. Bu ilin yanvarında Niderland klubu onu "İstanbulspor"a icarəyə verib. 24 yaşlı forvard Super Liqada 16 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Transfermarkt" Jason Eyenqa-Lokiloya 700 min avro qiymət qoyub.