Bir vaxtlar 50-dən artıq müəssisəni ətrafında birləşdirən Talıbovlar ailəsinə aid “Nəqşicahan Holdinq”ə məxsus şirkətlərin əksəriyyəti satılıb.
Bu günlərdə holdinqə daha bir neçə şirkət satılıb.
Satılan şirkətlərdən biri olan “Badamlı Mineral Sular” MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.
Məlumat üçün qeyd edək ki, “Mineral Sular” MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən “Ləzzət Qida Sənaye” MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda “Sirab” şirkəti də bu quruma daxildir.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: