37 yaşlı məşhur özbək müğənni Munisə Rizayeva özündən 7 yaş kiçik belaruslu kişi ilə ailə qurur.
O, bu barədə "Instagram" səhifəsində məlumat verib.
Sənətçi Türkiyənin Bodrum şəhərində gəncin evlilik təklifini qəbul edib və toyun sentyabrın 7-də Daşkənddə baş tutması planlaşdırılıb. Cütlük hazırda şəhərdə toydan əvvəl fotosessiyaya çəkilir.
Müğənninin sözlərinə görə, gələcək həyat yoldaşı iqtisadiyyat sahəsində çalışır. Gənc oğlan artıq Daşkəndə köçüb və buna görə də toya xaricdən çoxlu qonaqların gələcəyi gözlənilir.
Munisə canlı yayımda soyadını dəyişməməsi təklifinə cavab olaraq "Soyadım qalacaq, dəyişməyəcəyəm" deyib.
Gənc oğlan İslam dinini toya görə qəbul edib.//Publika.az
Digər xəbərlər
loading...