Mədəniyyət Nazirliyində növbəti kadr dəyişiklikləri olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin əmrinə əsasən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev vəzifəsindən azad edilib. O bundan sonra öz fəaliyyətini Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi kimi davam etdirəcək.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə isə Fərid Qurbanzadə təyinat alıb. O bu təyinata qədər Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb. Fərid Qurbanzadənin əvvəlki vəzifəsinə isə hələlik təyinat olmayıb.
Digər xəbərlər
loading...