Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə bankın İdarə Heyətinin sədri Elmar Məmmədovun tutduğu vəzifədən azad edilməsi və yeni sədrin təyin edilməsi kimi məsələlər daxildir.
Qeyd edək ki, İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq Xalid Əhədov icra edir. Böyük ehtimalla, X. Əhədov İdarə Heyətinin sədri təyin olunacaq.
Bundan öncə "APA-Economics" xəbər verib ki, "Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və "Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Aqşin Əmirov ABB-nin rəhbərliyinə gətirilir. Bank sektorundakı mənbəmiz bildirib ki, hər iki şəxs İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacaq.(APA )
MilliYol.Az
Digər xəbərlər
loading...