İyunun 28-nə keçən gecə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kafedə 1984-cü il təvəllüdlü Zaur Nəmətovun qətli ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisənin söyüşə görə baş verməsi müəyyənləşib.
İlkin araşdırmalar zamanı məlum olub ki, iyunun 27-də axşam saatlarında 1985-ci il təvəllüdlü Z.Nəmətov, tanışı 1995-ci il təvəllüdlü Akif Məcidov və digər dostları Qala qəsəbəsində yol kənarındakı çay evinə toplaşıblar. Bu zaman Z.Nəmətova bir neçə dəfə zəng gəlib və o, dostlarının yanında telefonla danışıb. Z.Nəmətovun telefonda uzun-uzadı danışmasına qıcıqlanan A.Məcidov ona irad bildirib. O, Zaura “Problemlərini başqa vaxt həll elə, bura çay içib söhbət etməyə toplaşmışıq” deyib.
Ətraflı
Z.Nəmətov özündən 11 yaş kiçik olan Akifin sözlərini qəbul etməyərək onunla mübahisə edib və bu zaman təhqiramiz sözlər işlədilib.
Dalaşan şəxsləri digər dostları sakitləşdirərək masa ətrafına əyləşdiriblər. Gecə saat 23 radələrində onlar çay evini tərk edərkən Zaurla Akif yenidən dalaşıb, bu zaman bir qədər kənarda olan dostları dərhal müdaxilə edə bilməyiblər. A.Məcidov tanışına bıçaqla ağır xəsarət yetirib.
Zaur Nəmətov aldığı xəsarətdən vəfat edib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. A.Məcidov barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.