Yaponiya, Cənubi Koreya və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirən “Şərq Motors” şirkəti məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, MMC barədə müştərisi Əliyev Murad İsmət oğlu məhkəməyə müraciət edib.
Murda Əliyev şirkətin ona vurduğu maddi ziyanın ödənilməsini tələb edir. İşə Bakı Şəhəri Nizami rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2000-ci ildən fəaliyyət göstərən “Şərq Motors” şirkəti Yaponiya, Cənubi Koreya və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirir. 2007-ci ildə şirkət "Hyundai Auto Azerbaijan"ın, 2010-cu ildə "Kia Motors Azerbaijan"ın rəsmi dileri olub. 2016-cı ildən etibarən şirkət müstəqil olaraq servis mərkəzi və ehtiyat hissələri mağazalar şəbəkəsilə müştərilərə xidmət edir.
Eyni zamanda "Aftermarket" satış şöbəsi ilə müştərilərinə genişmiqyaslı şəkildə Azərbaycanın bütün bölgələrinə topdan və pərakəndə ehtiyat hisələrinin satışını təmin edir. Şirkət "Mando", HCC, CTR, "Sakura Filters", "Sakura Radiators", "Federal Power" və "Genesso" brendlərinin Azərbaycandakı rəsmi təmsilçisidir.