Rusiya Prezidenti Vladimir Putin Vaqner rəhbəri Yevgeni Priqojinin əməllərini arxadan zərbə və xəyanət adlandırıb.
MilliYol.az xəbər verir ki, bu bardə Putin xalqa müraciətində bildirib.
Putin baş verən hadisələri 1917-ci il hadisələri (Rusiya inqilabı) ilə müqayisə edib.
“Biz bunun təkrarlanmasına imkan verməyəcəyik. Bu xəyanət və satqınlıqdır”.
Onun sözlərinə görə, Rusiya qoşunları qəhrəmancasına döyüşür: “İndi Qərbin bütün hərbi maşınları Rusiyaya qarşı yönəlib”.
Putin bildirib ki, Rusiya daxilində üsyana hazırlıq görülür. Onun sözlərinə görə, ordu komandirləri ilə gecə əlaqə saxlayıb: “Bizi zəiflədə bilən hər şeyə qarşı mübarizə aparmalıyıq. Üsyançılar Rusiyanı məğlubiyyətə aparmaq istəyirlər”.
O bildirib ki, üsyançılara qarşı sərt tədbirlər görülür: "Bu üsyan ölkəmizə və xalqımıza arxadan vurulan zərbədir".
Putinin sözlərinə görə, Rusiya bu xəyanətə sərt cavab verəcək: “Üsyançılar cəzaya məruz qalacaqlar. Bu, qaçılmazdır”.