"Ərgünəş" kiçik müəssisəsi “Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan "Auto Azərbaycan" MMC-yə qarşı məhkəmə çəkişməsi davam edir.
Pravda.az-ın əldə etdiyi məlumata görə, kiçik müəssisə bu dəfə Ali Məhkəməyə üz tutub.
Belə ki, "Ərgünəş" şirkəti mülkiyyət hüququ ilə əlaqədar mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Kəmalə Abiyevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, mətbuatda gedən məlumata əsasən, bu şirkətlər arasında uzun sürən proseslərdə əksərini “Auto Azərbaycan” MMC qalib gəlib. Kiçik müəsssə olan “Ərgünəş” isə uzun müddətdir məhkəmlərdə aldğı “rədd” cavablarına baxmayaraq “Auto Azərbaycan”a qarşı iddiasını davam etirməkdədir. Keçmişdə verilən iddialarda bir sıra KİV-də tirajlanmaqla təsisçisi və direktoru Qəzənfər Fətullayevin “Ərgünəş” KM uzun illər qanuni əsaslarla Bakının Nizami rayonu, Ə.Nəvai küçəsi, 1 saylı ünvanda yerləşən Qazan Mexaniki Zavoduna məxsus 2 mərtəbəli qeyri yaşayış sahəsinin (zavodun idarə binasının) 1-ci mərtəbəsində 30,5 kv.m-lik qeyri yaşayış sahəsində fəaliyyət göstərib. 1998-ci ildə həmin qeyri-yaşayış sahəsi “Ərgünəş” KM tərəfindən satın alınıb və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şirkətə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən mülkiyyət şəhadətnaməsi verilib. Həmin məlumatda qeyd edilir ki, 2013-cü ildə “Auto Azerbaijan” MMC Bakı Qazan Mexaniki Zavoduna məxsus idarə binasını hasara alaraq sökməyə başlayıb. Bunu görən Q.Fətullayev binada yerləşən, iki otaqdan ibarət olan və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət sənədini “Auto Azerbaijan” MMC-nin rəhbərliyinə təqdim edib. Bildirib ki, mülkiyyətin hüquqi müqəddəratı həll edilmədən onun sökülməsi yolverilməzdir. Q.Fətullayevin bildirdiyinə görə, onun müəssisəsi həmin qeyri-yaşayış sahəsində nəşriyyat işi ilə məşğul olurmuş.
Xatırladaq ki, “Auto Azerbaijan” 1996-cı ildə təsis edilib və Türkiyədə dövlət qeydiyyatına alınan “NAB Holding A.Ş”nə məxsudur. Bu holdinqin səhmlərinin bir hissəsi azərbaycan əsilli iranlı milyarder, qızıl alverçisi Rza Zərrabın bacısının əri Şəhram Oromiyə məxsusdur. Oromilər Azərbaycanda geniş biznes imkanlarına sahib olduğu bildirilir. “Auto Azerbaijan” şirkətinin təsisçiləri arasında yer alan Omid Mohaghegh Oromi isə Rza Zərrabın əmisidir. Şəhram Mohaghegh Oromi onun oğludur. Yəni Rza Zərrabın bacısının öz əmisi oğlu ilə evləndiyi müəyyən olunur.