Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşov yeni vəzifəyə təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu FHN-nin Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, bu vəzifədən əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini idi.
Digər xəbərlər
loading...