UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
MilliYol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.
Bu raundda "Neftçi" "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi, "Qəbələ" "Omoniya" (Kipr), "Sabah" isə “Makedoniya” (Şimali Makedoniya) - RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
Bakı klubları ilk matçlarını səfərdə, əyalət təmsilçisi isə evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.
Digər xəbərlər
loading...