Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktor müavini - baş həkim təyin olunub.
MilliYol.az verir ki, bu barədə muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, K.Məmmədova 1969-cu ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb.
Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib.
Digər xəbərlər
loading...