Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması iddiası əsassızıdır.
MilliYol.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "Twitter" hesabında bildirib.
"Dünən Laçın Sərhəd Məntəqəsində - Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazimizdə qaldırılarkən Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açılıb.
Bu körpü yaxın zamanda Azərbaycan tərəfindən tikilib və bayrağın Ermənistan ərazisində qaldırılması iddiası əsassızdır”, - XİN sözçüsü qeyd edib.
Digər xəbərlər
loading...