• Xəbər lentİ
Fləş

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

08:48 / 29.09.2023

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

16:45 / 29.09.2023

Yevlax görüşü başa çatdı (FOTO/YENİLƏNİB)

16:27 / 29.09.2023

Dövlət Su Ehtiyatları Agentliyi Sərsəng su anbarına nəzarət etməyə başladı

15:31 / 29.09.2023

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

13:30 / 29.09.2023

Prezident və Birinci vitse-prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıb

13:21 / 29.09.2023

Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır

12:54 / 29.09.2023

Prezident Zəngilanda keçirilən Forumun açılışında iştirak edib (FOTO/YENİLƏNİB)

12:31 / 29.09.2023

DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi

11:52 / 29.09.2023

Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

11:13 / 29.09.2023

Azərbaycan polisi Xankəndidə (VİDEO)  

11:02 / 29.09.2023

Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxacaq

10:28 / 29.09.2023

Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

10:15 / 29.09.2023

Pandemiya yenidən qayıda bilər? - Professordan cavab

10:13 / 29.09.2023

Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

09:43 / 29.09.2023

Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

09:23 / 29.09.2023

Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

09:19 / 29.09.2023

NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

09:10 / 29.09.2023

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

08:59 / 29.09.2023

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

08:48 / 29.09.2023

Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

08:39 / 29.09.2023

Professora Naxçıvanda vəzifə verildi

08:30 / 29.09.2023

ATU-nun 2 milyonluq yataqxana təmiri - Qalib 6 manatlıq şirkətdir

18:49 / 28.09.2023

Şöbə müdiri işdən çıxarıldı

17:24 / 28.09.2023

İlham Əliyev Zəngilan kəndinin təməlini qoydu (YENİLƏNİB)  

17:12 / 28.09.2023

Erməni sakinlərin qeydiyyata alınması üçün portal yaradıldı

16:38 / 28.09.2023

Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

16:32 / 28.09.2023

Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək

15:11 / 28.09.2023

Mərkəzi Asiyada su probleminin aktuallığı və onun həlli yolları

14:56 / 28.09.2023

Azərbaycan XİN erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırdı

14:24 / 28.09.2023

Rəsmi Bakı Ermənistan XİN-ə cavab veridi

13:50 / 28.09.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 30 Sentyabr 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

“Kristal Abşeron” şirkətinin binalarında təhlükəsizlik qaydaları kobud şəkildə pozulur...

13:01 09.06.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Milli Məclisin üzvü və ölkənin tikinti sektorunda böyük paya sahib olan Ağalar Vəliyevə məxsus “Kristal Abşeron” şirkətinin yaşayış komplekslərində yanğından mühafizə qaydaları kobud şəkildə pozulur...

Poliqon xəbər verir ki, “Kristal Abşeron” MTK-nın tikdiyi binaların bəzi sakinləri yaşadıqları binalarda yanğın və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə bağlı redaksiyamıza müraciət ediblər.

Sakinləri narahat edən məsələlər isə birbaşa onların təhlükəsizliyi ilə bağlıdır. Sakinlər bildirirlər ki, hər şeydən əvvəl olası fövqəladə hal üçün “Kristal Abşeron” MTK-nın yaşayış komplekslərinin əksəriyyətində normalara uyğun yanğın çıxışı yoxdur. Xüsusilə binaların heç birində xarici (çöl) nərdivanlarının olmaması yanğın zamanı böyük təhlükəyə yol açır. Liftin yaxınlığındakı pilləkanlar yanğın nərdivanı adı ilə rəsmiləşdirilib.

Qeyd edək ki, beynlxalq standartlara, o cümlədən Azərbaycanda mövcud tikinti qaydalarına görə, yanğın nərdivanlarıın olması məcburidir və bu nərdivanların hər tərəfi açıq olmalıdır. Çünki yanğın hadisəsi baş verərsə, o nərdivanlardan düşən sakin tüstüdən elə o pilləkənlərdə boğulub ölə bilər. Yəni daxili pilləkənləri yanğın pilləkənləri kimi sənədləşdirmək çox ciddi qanun pozuntusudur. Təbii olaraq bu məsələdə binaları istismara qəbul edən dövlət qurumlarının da böyük “günah payı” var və belə binaları istismara qəbul edən dövlət qurumları faktiki olaraq tikdikləri binalarda təhlükəsizk qaydalarını nəzərə almayan şirkətlərlə eyni məsuliyyəti daşıyırlar. Qeyd edək ki, bur neçə il əvvəl Yasamalda insan təlafatı ilə nəticələnən bina yanğını zamanı insanların çoxusu məhz xarici yanğın çıxışı nərdivanlarının olmaması nəticəsində tüstüdan boğularaq dünyalarını tələf olmuşdular. O zaman da bu məsələ qaldırılsa da tikinti şirkətləri hələ də bu məcburu qaydaya əməl etmək istəmirlər. Çünki əlaqədar dövlət qurumları onların qarşısında bu məsələni açıq şəkildə qoymur.

Ümumiyyətlə bu probem kütləvi xarakter daşımaqdaır və Bakıda tikilən çox az binada xarici yanğın çıxışı nərdivanlarına rast gəlmək olar.

Xarici yanğın çıxışı nərdivanlarının tikilən binaların layihələrində nəzərdə titilub-tutulmaması da maraq doğuran məsələlərdən biridir. Əgər nəzərdə tutulmursa, onda bu layihələr necə təsdiqlənir? Yox əgər nəzərdə tutulursa, onda istismara necə necə qəbul edilir?

Araşdırdığımız şikayət əsasında bu və bir çox başqa məsələlərlə bağlı ortada olan bir çox sualalrla Kristal Abşeron” MTK-nın rəhbərliyinə sorğu yollasaq da, aradan keçən 4 gün ərzində sorğumuza cavab ala bilməişik. Hesab edirik ki, şirkətin verəcək cavabı yoxdur. Lakin bu məsələyə həmçinin əlaqədar dövlət qurumları, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi də açıqlıq gətirməlidir. Çünki onların öz vəzifələrini yerinə yetirməmələri bədbəxt hadislər baş verdiyi zaman bir çox insanların ölümünə səbəb olur.

Bundan başqa, “Kristal Abşeron” MTK-nın yaşayış komplekslərində apardığımız müşahidələr zamanı başqa bir ciddi pozuntu ilə də rastlaşdıq. Yaşayış komplekslərində inşa edilən su hovuzları mümkün hadisə zamanı yanğınsöndürən maşınlarının həmin hovuzlardan istifadəsi mümkünsüz görünür. Çünki su hovuzlarının ətrafı şəxsi avtomobillər nizamsız şəkildə park edilir və bu da təhlükəsizlik qaydalarını kobud şəkildə pozur. Bu da mümkün yanğın hadisəsi zamanı yanğınsöndürən maşınlarının həmin hovuzlardan istifadəsini imkansız edən və yanğına vaxtında müdaxiləni kifayət qədər çətinləşdirən ciddi pozuntulardan biridir.

Həmçinin “Kristal Abşeron” MTK-nın yaşayış komplekslərində apardığımız müşahidələr zamanı əksəriyyətində hidrantlar və digər yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi aşkarlanıb.

Binalarda təhlükəsizliklə bağlı başqa bir çatışmamazlıq isə yaşayış binalarında sakinlərin görə biləcəkləri yerdə təxliyə planının asılmamasıdır. Təhlükəsizlik qaydalarına görə təxliyə planı hər bir mərtəbədə sakinlərin rahat görə biləcəkləri yerdə olmalıdır ki, yanğın baş verdikdə sakinlər necə hərəkət etməli olduqlarını bilsinlər.

Digər bir pozuntu isə olduğumuz binalarda qapalı yanğın çıxışı qapılarının da bağlı olması idi. Bu qapıların plastik materiallardan olması isə ümumiyyətlə heç bir məntiqə sığmır.

Yaşayış binalarında mövcud təhlükəsizlik problemləri ilə bağlı Poliqon-un əməkdaşı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin fikirlərini öyrənib.

Ekspert bildirib ki, ümumiyyətlə, bütün idarələr, müəssisələr, ticarət mərkəzləri, tikinti obyektləri, yaşayış binaları, ictimai iaşə müəssisələri tikilərkən yanğın təhlükəsizliyi olan standartlarına uyğun layihələndirilir. Bu layihə əsasında da, tikinti həyata keçirilməlidir.

“Bütün müəssisələrdə yanğın təhlükəsizliyi sistemi ilə bağlı qəbul olunan standartlar var. Bu standartlar da mütləq ciddi riayət edilməlidir.

Əlbəttə ki, yaşayış binalarında, insanların daha çox cəmləşdiyi məkanlarda yanğınla bağlı standartların pozulması hər hansısa yanğın təhlükəsi anında orada olan xeyli sayda insanların daha çox zərər görməsinə, həyatı təhlükəyə, hətta ölüm hadisələrinə gətirib çıxara bilir. Buna görə də bütün çoxmərtəbəli yaşayış binalarında, binanın həyətyanı sahəsində yanğın zamanı maşınların oraya girə bilməsi üçün mütləq yol çıxışları olmalıdır. Bu yol çıxışlarının üzəri də hər hansı bir mane ilə örtülməli deyil. Bəzən görürsən ki, həmin yol şlaqbanla örtülüb, yaxud da kimsə orada özünə yer ayırıb. Bunlar da yolverilməzdir.

Binaların yanğın çıxışları mütləq olmalıdır. Yanğın çıxışlarının qarşısı hər hansısa bir mane ilə örtülməli deyil. Eyni zamanda pilləkən qəfəsləri də örtülü saxlamaq olmaz. O qəfəsləri daim nəzarətdə saxlamaq lazımdır. Mütləq pilləkən qəfəsinin qapısı olmalıdır və bu qapı keramik qapı olmalıdır. Amma çox təəssüf ki, bəzən qapı ümumiyyətlə, olmur. Qapı varsa da, plastmas qapı olur, onun da qapısı qırıq olur. Qəfəs qapılar əgər düzgün quraşdırıləbsa, həmin binanın yanğın olan mərtəbəsindən başqa mərtəbəsi zərər görmür.

Hətta, binaların ehtiyyat giriş qapısı da bəzən olmur, ya da olursa çox vaxt bağlı olur. Qapının açarının da kimdə olması bilinmir. Hər hansısa hadisə zamanı açar axtarmağa başlayırlar. Əlbəttə ki, bu da vaxt itkisi deməkdir. İnsanlar anında təxliyə oluna bilmədikləri üçün xəsarət ala bilirlər və həyatlarını itirirlər. Binalarda ilkin yanğınsöndürən vasitələri, binanın kvadratına görə su hovuzu, su hidratları, su hidratlarını göstərən lövhə olmalıdır. Su hidratları daim işlək vəziyyətdə olmalıdır”.

Ekspert qeyd edib ki, bütün bu məsələlər kompleks şəkildə görülməli olan tədbirlərdir layihədə nəzərdə tutlmalıdır. Eyni zamanda bina yönəticiləri də yanğın təhlükəsizliyinə ciddi riayət etməlidirlər.

“Əgər yanğın təhlükəsinin qarşısını almaq standartlara uyğun olarsa, hadisə zamanı da anında müdaxilə edilə bilər. Amma elə olur ki, binada yanğın olanda məlum olur ki, hovuzda su yoxdur. Hovuzun suyu bağa axıdılır, yaxud da hovuzdan su sadəcə buxarlanır və hovuz suyla vavtaşırı təmin olunmur. Yaxud da hovuzun nasosxanası işləmir. Yanğınsöndürən maşınlar da binanın ehtiyyat su hovuzundan suyu götürməlidirlər. Amma gəlib görürlər ki, hovuzda su yoxdur.

Binaların həyətlərində təhlükəsiz toplanış yerləri olmalıdır. Elə bina var belə yeri var, amma binada yaşayan sakinlərdən heç kəs onun nə olduğunu bilmir. Bu yerə xüsusi nişan qoyulmalıdır və elə nişan da var. Qonşular da bilməlidir ki, həmin nişan nə üçündür. Heç olmasa ildə bir dəfə binada yaşayan sakinlərə bununla bağlı təlimlər keçirilməlidir. İnsanlar yanğın zamanı necə davranmalı olduqlarını praktikada keçəndən sonra, hadisə zamanı doğru, düzgün davranış sərgiləməklə minimal zərərlərlə çıxmaq olar.

Binaların hamısı yanğın təhlükəsizliyinə cavabdeh olan qurumların üzərinə düşür. Onlar bina yönəticilərini davamlı olaraq yanğın qaydalarına riayət etməyə sövq etməlidirlər.

Sakinlərin də üzərinə düşən bir məsuliyyət var. Məsələn çoxmənzilli bina sakinlərinə deyilsə ki, yanğınla bağlı təlim olacaq, orada iştirak edin, sakinlərin çoxu təlimdə iştirak etməyəcək. 150 ailə yaşayan binadan heç 5 nəfər təlimlərdə iştirak edər, ya etməz.

Buna görə də bu işə həm insanlar, həm də müvafiq qurumlar məsuliyyətlə yanaşmalıdırlar. Həmçinin inşaat zamanı sahibkarlar da bu qaydalara riayət etməlidirlər. Yəni, bu məsələdə hər kəsin məsuliyyət öhdəliyi var ki, bunlar bir yerdə görülmüş olarsa, əlbəttə, keyfiyyətli nəticə də görmək olar”.

Mənbə: Poliqon.info


Etiket:

Digər xəbərlər

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

29.09.2023
Professora Naxçıvanda vəzifə verildi

Professora Naxçıvanda vəzifə verildi

29.09.2023
Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

29.09.2023
Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

29.09.2023
Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

29.09.2023
Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

29.09.2023
Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

29.09.2023
Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

29.09.2023
NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

29.09.2023
Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

29.09.2023
Azərbaycan polisi Xankəndidə (VİDEO)
 

Azərbaycan polisi Xankəndidə (VİDEO)  

29.09.2023
Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

29.09.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

29.09.2023
Professora Naxçıvanda vəzifə verildi

Professora Naxçıvanda vəzifə verildi

29.09.2023
Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

29.09.2023
Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

28.09.2023
Mehriban Əliyeva Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb (YENİLƏNİB)

Mehriban Əliyeva Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb (YENİLƏNİB)

24.09.2023
Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

26.09.2023
Universitetlə

Universitetlə "tender kralı" arasında qalmaqal - 3 milyonluq manatlıq tender...

02.09.2023
Azərbaycanlı milyarder bu il ən çox varlanan iş adamı oldu - Nə qədər pulu var?

Azərbaycanlı milyarder bu il ən çox varlanan iş adamı oldu - Nə qədər pulu var?

03.09.2023
Prezidentdən yeni təyinat

Prezidentdən yeni təyinat

31.08.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az