Hafize Qaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.
MilliYol.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.
1982-ci il təvəllüdlü Hafize Qaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.
Təhsilini ABŞ-da davam etdirən Hafize Qaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. O, Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirib.
Bu vəzifə üçün yaşadığı və çalışdığı ABŞ-dən Türkiyəyə qayıdan Erkan qurumun ilk qadın prezidenti olub.
Fotolar
Digər xəbərlər
loading...