Xaçmaz Rayon İcra Hakimiyyəti rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərə 159.925,4 AZN pul xərcləyəcək.
Qaynarinfo xəbər verir ki, tədbirlərin təşkilini "ELVİ.M.M. SERVİCES GROUP" MMC həyata keçirəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkət 11 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 834 127 AZN olan MMC-nin hüquqi ünvanı Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yelrəşir, qanuni təmsilçisi İsgəndərov Coşqun Fəxrəddin oğludur.
Şirkət və qanuni təmsilçisi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bir müddət əvvəl şirkətlə Yevlax Rayon İcra Hakimiyyəti arasında 28 May Müstəqillik Günü ilə əlaqədar bayram tədbirlərinin təşkili ilə bağlı satınalma müqaviləsi imzanlanıb. Həmin vaxt məlum olmuşdu Yevlaxda 28 May Müstəqillik Günü həm də mayı 29-u, 30-u və 31-ində keçiriləcək.