"Muğan Bank" ASC-yə 2 yeni səhmdar gəlib.
"Report" xəbər verir ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərdir.
Onların hər biri Bankda 40 % pay əldə edib.
Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, "Muğan Bank"ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74 %-dən 0,78 %-ə, Fəridə Mehdiyevanın payı 21,61 %-dən 10,89 %-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65 %-dən 8,33 %-ə düşüb.
Beləliklə, Vəliyevlərin Bankdakı payı 10,65 %-dən 88,33 %-ə, Mehdiyevlərin payı isə 89,35 %-dən 11,67 %-ə dəyişib.
Xatırladaq ki, "Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.
Digər xəbərlər
loading...