Gömrük orqanlarında yeni təyinat olub.
Valyuta.az gununsesi.info-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayev təqaüdə göndərilib. Komitə sədri, general-leytenant Şahin Bağırovun digər əmri ilə gömrük xidməti polkovniki Pərviz Rəhimov həmin posta təyinat alıb.
Bildirilir ki, P.Rəhimov bu təyinata qədər Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi vəzifəsini tutub.
Qeyd edək ki, vəzifədən azad edilən Rauf Rzayev isə Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşıdır.
Digər xəbərlər
loading...