“Ukraynanın birinci liqasındakı komandalardan təklif var idi. Amma ora getmək istəmədim. Həmin ərəfədə dostum Denis Sakalovski məni Azərbaycana çağırdı. Denis dedi ki, “yarım il burada oynayarsan. Hələ ki, heç nə yoxdur. Qalanı da sonra bəlli olacaq”. Çox düşündüm, amma razılaşdım. Peşman deyiləm". MilliYol.Az xəbər verir ki, bu sözləri 2005-ci ildə “Qarabağ”da çıxış etmiş Sergey Kravçenko deyib.
Ölkəsinin mətbuatına müsahibə verən Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Azərbaycan karyerasından danışıb: "Biz Bakıda məşq edirdik, yaşayırdıq və oynayırdıq. Azərbaycanın paytaxtı həmin vaxt superşəhər idi. İndi isə tamam başqadır. “Dnepr”lə 2 il əvvəl ora gedəndə fərqli şeylər gördük. “Qarabağ”da çıxış edərkən əvəzedilməz oldum və bir neçə qol vurdum. Millidə çıxış edəcəyim haqqında söhbətlər də var idi. Ukrayna yığmasında oynamaq istəyirəm deyib etiraz elədim. Onda mənə güldülər ki, sən “Qarabağ”dan Ukrayna millisinə necə gedəcəksən? Amma arzum həyata keçdi. Hətta azərbaycanlı dostlarım mən milliyə çağırılanda fəxr edirdilər”.
Futbolçu "Qarabağ"dakı maaşını da açıqlayıb: “Maddi cəhətdən sərfəli təkliflər var idi. “Qarabağ”da 600 dollar maaş və yarımillik 5 min dollar mükafat alırdım. Özümü yaxşı göstərəndən sonra daha çox qazana bilərdim. “Xəzər Lənkəran”a dəvət etdilər. Hansı ki, onlar növbəti il çempion oldular. Həmçinin “Bakı” klubu da mənimlə maraqlanırdı. Xoşbəxtlikdən həmin vaxt Valeri Qoşkoderya məni “Vorskla”nın məşqçisi Viktor Nosoca məsləhət gördü. O dedi ki, Azərbaycandan sonra daha da möhkəmlənmisən. “Vorskla”da “Xəzər Lənkəran”ın təklif etdiyindən 3 dəfə az pula oynadım. Yaxşı ki, atama qulaq asdım. O həmişə deyirdi ki, “sən topun dalınca qaç, pulun yox. Pul özü səni tapacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...