Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub.
Bu barədə MilliYol.az-a Nazirlikdən xəbər verilib.
Bildirilib ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib.
2000–2001-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.
Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.
2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.
İngilis, fransız, rus və ispan dillərini bilir.
Evlidir, 3 övladı var.