Sakaryanın cənub-qərbində yerləşən Taraklı, füsünkar taxta evləri və dar küçələri ilə Osmanlı dövründən qalan sakit, lakin rəngarəng həyat tərzini və atmosferini qoruyub saxlamağı bacaran kiçik bir qəsəbədir. 2011-ci ildə Cittaslow Network tərəfindən Türkiyənin yavaş şəhərlərindən biri olaraq seçilən bu qəsəbə özünəməxsus şəhər quruluşunu mükəmməl şəkildə qoruyub saxlamış qədim Osmanlı qəsəbəsidir. 17-ci əsrdə yaşamış səyyah Övliya Çələbi Taraklını məhsuldar üzüm bağları, şimşir qaşıqları və daraqları ilə məşhur bir şəhər kimi təsvir etmişdir.
Bir çox Anadolu sivilizasiyasına ev sahibliyi edən Taraklının tarixi, Anadoluda ilk şəhər dövlətlərini quran və bölgəyə hakim olan Hetlərlə başlayıb, eramızdan əvvəl 2000-1000-ci illərəqədər gedib çıxır. Bu antik dövrün ən qəti sübutu Hisartəpədə bu gün mühafizə altında olan sarnıç qalıqlarıdır.
Şəhər əlçatan və möhtəşəm təbiət möcüzələri ilə təbiətsevərlər üçün mükəmməl bir ünvandır. Hark Kanyonu və Mağarası, Güngörməz şəlaləsi, Kəmər körpüsü, Acısu çayı və Gürleyik çayı ilə Belengermesi və Hamzapınar yaylaları görülməyə dəyərgözəlliklərdir. Şam, fıstıq, küknar və palıd ağacları ilə əhatə olunmuş yaxınlıqdakı Karagöl yaylası isə təbiətdə gəzintilər, karvan və çadır düşərgələri üçün idealdır. Yayla nəfəs kəsən mənzərələrlə yanaşı, canlı varlıqların və bitkilərin müxtəlifliyini təqdim edir.
Bu gün Taraklı toxunulmamış təbiəti, gözə çarpan memarlıq əsərləri və yüzdən çox mədəniyyət sərvətləri ilə köhnə Osmanlı şəhərinin bütün xüsusiyyətlərinə malikdir. Şəhərin teksturası əsas nəqliyyat və daşıma arteriyalarından uzaqlığı sayəsində bu günə qədər qorunub saxlanılmışdır. Bu kiçik qəsəbədə Osmanlı evləri ilə yanaşı, görməyə dəyər irili-xırdalı başqa tikililər də var. Taraklıdakı ən böyük tikili 16-cı əsrin əvvəllərində Memar Sinan tərəfindən inşa edilən Yunus Paşa Məscididir. Şəhər əhalisi isə ibadətə açıq olan binanı tikinti zamanı çox miqdarda qurğuşun istifadə edildiyinə görə hələ də Kurşunlu məscidi adlandırır. Məsciddə yan tərəfdən gələn hamamın isti suyundan istifadə edərək istilik sistemi də quraşdırılmışdır. Bir az aralıda 18-ci əsrə aid olan və hələ də ilk günkü kimi axan Hüseyn Ağa fəvvarəsini və fotoşəkil çəkməyə layiq 700 illik çinarı da görə bilərsiniz.
İki təpə arasındakı vadidə yerləşən ənənəvi Taraklı evləri terrasları ilə bir-birinin mənzərəsini kəsməyəcək şəkildə tikilir. Üç yüz illik bu gözəl evlər Osmanlı memarlığını və Osmanlı şəhər quruluşunu mükəmməl şəkildə əks etdirir. Bu ənənəvi və zərif evlərin bəziləri bərpa olunaraq cəlbedici qonaq evlərinə çevrildiyinə görə şəhərdə qonaqlamaq üçün müxtəlif seçimlər mövcuddur. 2013-cü ildə şəhər Avropanın SeçilmişDestinasiyaları (EDEN) mükafatına layiq görülüb. HasılıTaraklıda “köhnə” və “sərin” mənasına gəlir.
Şəhərin kulinariya xüsusiyyətləri də çoxəsrlik mərasim yeməklərindən ibarətdir. Kəşkək, əsasən tədbirlərdə, şənliklərdə, toylarda yeyilən və daha çox toyuq əti və buğdadan hazırlanan bir desertdir. Sevdiklərinizə də hədiyyə edə biləcəyiniz cücərmiş buğdadan hazırlanan bu deserti mütləq sınamalısınız.
Ziyarətçilər Taraklının rəngarəng yerli bazarına böyük maraq göstərirlər. Bazarı gəzərək qadınların hazırladıqları əl işi məhsullarına heyran ola, məşhur Taraklı parçasını kəşf edə, söhbətlərdə insanları əyləndirmək üçün şişirdilmiş hekayələrin danışıldığı alovlu mədəniyyətin şahidi ola bilərsiniz, həm də taxta qaşıq, daraq və üzüm bəkməzi də daxil olmaqla çox sayda yerli məhsul ala bilərsiniz.