Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
APA-nın yerli bürosunun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Bayram İlqar oğlu vəzifəsindən azad edilib. O, nazirin digər əmri ilə Qazax RPŞ-yə eyni vəzifəyə təyin olunub.
Bundan başqa, Şəmkir RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Hüseynov Musa Yusif oğlu vəzifəsindən azad edilib. O, Qazax RPŞ-də eyni vəzifəyə təyinat alıb.
Digər xəbərlər
loading...