Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.
MilliYol.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.
Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.
Digər xəbərlər
loading...