• Xəbər lentİ
Fləş

Natiq Dağlaroğlu bıçaqlanmasından danışdı - "Dedim, "Ə"... (VİDEO)

09:09 / 11.12.2023

Yağış və qar yağacaq, temperatur 3-6 dərəcə enəcək

13:45 / 11.12.2023

Emin Əmrullayevdən yeni təyinat

13:41 / 11.12.2023

Azərbaycanda ən çox maaşı onlar alır 

13:31 / 11.12.2023

Azərbaycanın məşhur şirkətinin təsis sənədləri ilə bağlı qalmaqal - Nə baş verir?

13:04 / 11.12.2023

7 yaşayış məntəqəsini birləşdirən yolun təmirinə 1,7 milyon ayrıldı

12:41 / 11.12.2023

İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul etdi (FOTOLAR)  

12:30 / 11.12.2023

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

12:14 / 11.12.2023

Bakı İlahiyyat Kolleci yaradıldı

10:40 / 11.12.2023

Əliyar Ağayev ÇL-də "Mançester Siti"nin oyununu idarə edəcək

09:56 / 11.12.2023

İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu  

09:26 / 11.12.2023

General oğlunun və Cəlal İsayevin evindən oğurluq edən "alpinistlər"dən xəbər var

09:25 / 11.12.2023

Natiq Dağlaroğlu bıçaqlanmasından danışdı - "Dedim, "Ə"... (VİDEO)

09:09 / 11.12.2023

İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)  

17:19 / 10.12.2023

Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

16:52 / 10.12.2023

Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü oldu

16:11 / 10.12.2023

İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

15:27 / 10.12.2023

Prezident Azərbaycanın enerji sahəsindəki gələcək planları barədə məlumat verdi  

14:14 / 10.12.2023

"Dedi ki, qızıma övlad ver, mənim canımı al" (VİDEO)

14:09 / 10.12.2023

İlham Əliyev: "Bu il Azərbaycanın Avropaya qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq"

13:55 / 10.12.2023

Dünyada kabusların həqiqətən yaşadığı 7 mistik yer (FOTO)  

10:48 / 10.12.2023

Hər zəlzələdən sonra Xəzərdə nə baş verir? - Batanların sayı buna görə artırmış

10:41 / 10.12.2023

Ayselin keçmiş əri həbs olundu

10:33 / 10.12.2023

Bu rayonda heyvanlar örüş sahələrindən yoxa çıxır (VİDEO)

10:25 / 10.12.2023

Nazirlik 6 milyona orta məktəb tikdirir

10:17 / 10.12.2023

Dünyanın ən varlı 10 ailəsi (SİYAHI)

10:11 / 10.12.2023

Bu işsiz şəxslərə ödənişlər ediləcək

10:05 / 10.12.2023

Qazaxın işğal altındakı kəndlərinin son görüntüləri (FOTO/VİDEO)

10:00 / 10.12.2023

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

15:39 / 09.12.2023

Yeni nazir müavini təyin edildi

13:18 / 09.12.2023

Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi  

13:15 / 09.12.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 11 Dekabr 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Deloitte”də işləyən gənc azərbaycanlı musiqiçi - Uğur hekayəsi  

14:05 07.05.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Anası musiqiçidir, o da uşaq vaxtından bu sahəyə yönəlir. Zamanla qarşısında fərqli yollar açılır, bunları dəyərləndirir. Hazırda dünyada "Böyük dördlüy”ə daxil olan audit şirkətlərindən birində çalışır. 
 
Bir neçə günlük Azərbaycana gəlmişdi, görüşüb söhbətləşdik. Özü də təhsil aldığı T.Quliyev adına 12 Saylı 11 İllik Musiqi Məktəbində. Söhbət Bostonda ABŞ-nin  "Deloitte” şirkətində baş audit köməkçisi olaraq çalışan azərbaycanlı gənc Fidan Əliyevadan gedir. 
 
F.Əliyeva ADA Universitetində dövlət və ictimai münasibətlər üzrə bakalavr, ABŞ-ın Northeastern Dövlət Universitetində mühasibatlıq üzrə magistr təhsili alıb.
 
- Uşaq vaxtından kamança ifa etmisiniz, musiqiyə həvəsiniz olub. Karyeranızı da bu sahədə görürdünüz?
- 7 yaşımdan musiqi ilə məşğul olmağa başladım. Planım musiqiçi olmaq idi. Məsələn, Xalq Musiqi Alətlərinin Respublika Müsabiqəsində (2014), Bülbülün 115-ci il dönümünə həsr olunmuş Respublika Müsabiqəsində (2012) 1-ci yer qazanmışdım. 11-ci sinfi bitirəndə musiqi yönündə getməkdə qərarlı idim. Hətta qəbul imtahanından öncə musiqi ilə bağlı qabiliyyət imtahanında iştirak etdim. Qəbul imtahanında balım yüksək olduğu üçün valideynlərim təhsilimi musiqi deyil, dövlət və ictimai münasibətlər üzrə davam etdirməyi məsləhət gördülər.
 
- Nə qədər bal toplamışdınız?
- 580 idi. 2014-cü ildən söhbət gedir.
 
- Valideynlər məsləhət görəndə seçim qarşısında qaldınız, yoxsa elə siz də bunu daha uyğun bildiniz?
- Musiqidə karyera həm də ifaçının musiqi alətindən asılıdır. Məsələn, piano, skripka dünyanın müxtəlif ölkələrində ifa edilir deyə, başqa ölkələrə gedə, orada konsert verə bilirsən. Mən isə kamança ifa edirdim. Beynəlxalq mühitə çıxmaq imkanlarım piano, skripka qədər geniş olmayacaqdı. Bu səbəbdən valideynlərimin dediyi yöndə getməyi qərara aldım.
 
- Sonra peşman olmadınız?
- Yox. Musiqi hobbi kimi hər zaman mənimlədir. ADA Universitetində oxumaq mənə çox şey qatdı. Orada təhsil almaqla yanaşı, bir insan kimi yetişdim, dünyaya baxışım dəyişdi.
 
- Universiteti bitirən kimi Amerikaya getmisiniz. Bu yol necə açıldı?
- "Green card”la gəlmişəm. Tələbə idim, dedim şansımı sınamağa başlayım, nə vaxtsa qəbul gələr. "Karyeram oturuşanda, nə vaxtsa gedərəm” kimi düşünürdüm. 4-cü kursda oxuyanda – 2017-ci ildə qəbul gəldi. Mənə də şok oldu. Konsulluğa müraciət etdim ki, vaxtımı bir az uzatsınlar, universiteti bitirə bilim. Mayın 26-sı məzuniyyət günümüz oldu, iyunun 1-i heç bir iş, həyat təcrübəsi olmadan ABŞ-yə uçdum.
 
- İş tapmaqla bağlı narahatlığınız var idi?
- Valideynlərim mənə 1 aya yetəcək qədər pul vermişdilər. Narahat deyildim, iş tapacağımdan əmin idim. Sadəcə, istədiyim işlərə çatana qədər hardansa başlamaq lazım olduğunu bilirdim. Bəzən ABŞ-yə gələn azərbaycanlılar başlamaq üçün təklif edilən sıravi işlərə "yox” deyirlər. Öz istəklərinə uyğun iş axtarırlar. Mən o fikirdə deyildim. Xarici mühit mənə şok kimi gəlmədi. Çünki bakalavr təhsili dönəmində tələbə mübadilə proqramı ilə Koreyaya getmişdim. Eyni zamanda, həyat tərzimi büdcəmə uyğunlaşdıran biriyəm. ABŞ-də ilk işimdə həyat tərzim fərqli idi. Üstəlik, insan komfort zonasından çıxanda özünü inkişaf etdirir. Bir insan kimi ABŞ-də çox böyüdüm. İş tapmağa gəlincə, "Macy’s” deyilən şirkət var. Ora müraciət etdim, məişət avadanlıqları şöbəsində satış mütəxəssisi kimi işə götürdülər. 2 ay sonra artıq digər işlərə müraciət etməyə başladım. 5-6 ay sonra "Bank of Amerika”da müştəri xidmətləri üzrə nümayəndə vəzifəsinə qəbul edildim.
 
- Yazını oxuyanlardan "Bəxti gətirib, universiteti bitirən kimi "Green card” udub” kimi düşünənlər də olacaq. Bəxtiniz gətirdiyini düşünürsünüz?
- Bəxt gətirməlidir, ancaq onu üzə çıxarmaq üçün ilkin addımları atmalısan. Hər il müraciət etmək lazımdır. Banka da vaxtında sənədlərimi göndərməsəydim, elə ilk getdiyim yerdə satış üzrə məsləhətçi kimi qalacaqdım.
 
- Amerikada niyə maliyyə, auditə yönəldiniz?
- ABŞ-də ilk vaxtlar təhsiliniz o qədər də ciddi rol oynamır. Orda sıfırdan başlayırsınız. Ölkəsində bankda yaxşı vəzifədə işləyib gələn belə, mənim kimi müştəri xidmətləri sahəsindən başlayırdı.
 
- ABŞ-yə gedəndən sonra orada magistr təhsili almısınız. Bu ölkədəki universitetlərin də təhsil haqqı baha olur. Universitetin xərclərini işləyərək ödəyirdiniz?
- ABŞ-də universitetə 2018-ci ildə sənəd verdim, qəbul oldum. Bilirdim ki, bankda işə düzələcəyəm. Universitetlə danışdım, bir il sonra başlamağı xahiş etdim. Düşündüm ki, o vaxta qədər bir az da pul toplaya bilərəm. Bankda işləyirdim. Amma daha çox pul lazım idi deyə, həftə sonları "Macy’s”də də çalışırdım. Universiteti tam olaraq borcsuz bitirdim. Hər saniyəmi dəyərləndirirdim. Ya işləyirdim, ya da oxuyurdum.
 
- İndi isə "Deloitte”dəsiniz. Necə bir mühitdəsiniz?
- ABŞ-də magistr təhsili aldığım dönəmdə 3 aylıq bu şirkətdə təcrübə keçmişdim. Özümü kifayət qədər göstərə bilmişdim deyə, iş təklifi aldım. Öyrənmə həvəsinə önəm verilən bir mühit deyərdim.
 
- İşə qəbul, işi öyrənmə prosesi necə oldu?
- Bəzən insanlar dünya üzrə "Böyük dördlük” dediyimiz qrupa daxil olan audit şirkətlərində çalışmaqdan ehtiyat edirlər. Mən narahatlığa ehtiyac görmürəm. İşə qəbulda xüsusi audit bilikləri tələb etmirlər. Məsuliyyətli insan olduğunuzu görsələr, müəyyən qədər biliyiniz kifayət edir. Dördlüyə daxil olan hər şirkətin öz platforması, işləmə tərzi var. Heç kimdən gözləmirlər ki, hər şeyə hazır gəlsinlər. Çünki özləri treninq edirlər. Liderlik bacarıqlarınızı da zamanla inkişaf etdirirsiniz.
 
- "Deloitte”də işçilərin vəzifədə irəliləmək prosesi necə gedir?
- İldə 4 dəfə işçilərin performansı yoxlanılır. Bunun nəticəsinə əsasən, ilin sonunda qərar verilir ki, siz bir pillə yuxarı qalxmağa hazırsınız, yoxsa yox? Nəticəniz qane etməsə, bir neçə il də eyni pillədə qala bilərsiniz. Məndə hər ilin axırı irəliləmə qeydə alınır.
 
- Bostondasınız. Necə bir yerdir?
- Fikrimcə, Boston Amerikanın ən yaxşı yerlərindən biridir. Amerikanın ən ziyalı insanları orada yaşayır. Səhiyyəsi də yaxşıdır. Boston dünyanın marafon mərkəzlərindəndir. Mənim də qaçmağa marağım çoxdur. Hər kəs orada öz hobbisinə uyğun nə isə tapa bilər.
 
- Azərbaycana gəldiyinizdə bir konsertdə çıxışınız oldu. Amerikadakı iş-güc sizi musiqidən uzaq salmayıb?
- Mənim musiqidən uzaqlaşmaq kimi fikrim olmayıb. Amerikada da musiqiçilərlə əlaqə saxlamağa, Azərbaycan musiqisini orada tanıtmaq üçün əlimdən gələni etməyə çalışıram. Hazırkı zamanda bu daha çox vacibdir. Dünya bizi düzgün şəkildə tanımalıdır.
 
Mənbə: "Kaspi" qəzeti

Etiket:

Digər xəbərlər

İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)
 

İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)  

10.12.2023
İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

10.12.2023
Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

10.12.2023
Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü oldu

Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü oldu

10.12.2023
Natiq Dağlaroğlu bıçaqlanmasından danışdı -

Natiq Dağlaroğlu bıçaqlanmasından danışdı - "Dedim, "Ə"... (VİDEO)

11.12.2023
General oğlunun və Cəlal İsayevin evindən oğurluq edən

General oğlunun və Cəlal İsayevin evindən oğurluq edən "alpinistlər"dən xəbər var

11.12.2023
İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu
 

İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu  

11.12.2023
Əliyar Ağayev ÇL-də

Əliyar Ağayev ÇL-də "Mançester Siti"nin oyununu idarə edəcək

11.12.2023
Bakı İlahiyyat Kolleci yaradıldı

Bakı İlahiyyat Kolleci yaradıldı

11.12.2023
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

11.12.2023
İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul etdi (FOTOLAR)  

İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul etdi (FOTOLAR)  

11.12.2023
7 yaşayış məntəqəsini birləşdirən yolun təmirinə 1,7 milyon ayrıldı

7 yaşayış məntəqəsini birləşdirən yolun təmirinə 1,7 milyon ayrıldı

11.12.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)
 

İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)  

10.12.2023
İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

10.12.2023
Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

10.12.2023
Generalın növbəti məhkəməsi - Adlar çəkdi

Generalın növbəti məhkəməsi - Adlar çəkdi

05.12.2023
Yaşar Əliyev vəfat etdi

Yaşar Əliyev vəfat etdi

08.12.2023
Seymur Qaraşov və Zaur Zeynalov general rütbəsi ala bilər - 8 gün qaldı

Seymur Qaraşov və Zaur Zeynalov general rütbəsi ala bilər - 8 gün qaldı

06.12.2023
İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul etdi
 

İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul etdi  

13.11.2023
Özəlləşdirmə – xalqa və prezidentə qarşı cinayət

Özəlləşdirmə – xalqa və prezidentə qarşı cinayət

26.11.2023
Fransa Gürcüstan vasitəsilə Ermənistana silah daşıyır (FOTO/VİDEO)

Fransa Gürcüstan vasitəsilə Ermənistana silah daşıyır (FOTO/VİDEO)

12.11.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az