"Azərboru” Açıq Səhimdar Cəmiyyətinin dövlətə milyonlarla vergi borcu var.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Azərboru” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 5 milyon 877 min 546 manat 74 qəpik vergi borcunu ödəmir.
Balansındakı əmlakın ümumi dəyəri 9 milyon 300 min manat dəyərləndirilən ASC-nin qanuni təmsilçisi Heydərov Əliağa Südeyf oğludur. O, qanuni təmsilçi kimi 27.02.2023-cü ildə reysterdən keçirilib.
İllərdir sözügedən zavod zərərlə işləyib. Hətta ASC-nin banklara da külli miqdarda borcu yaranıb.
Qeyd edək ki, "Azərboru” ASC Sumqayıt şəhərinin girişində, təxminən, 168 hektar ərazidə yerləşir. 1949-cu ildən istismara verilən və vaxtilə 12500 nəfər işçinin çalışdığı bu zavod keçmiş Sovet məkanında metallurgiya sahəsində boru istehsalı gücünə görə iki nəhəng zavoddan biri olub.