Baş nazirin sabiq müavini Abid Şərifovun dünyasını dəyişən yeganə oğlu Elçin Şərifovun yerinə əvəzedici təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankının Abşeron filialının müdiri olan Elçin Şərifovun vəzifəsi müavininə tapşırılıb.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun müvafiq əmri ilə Elçin Şərifovun vəzifəsi müvəqqəti olaraq bankın müdür müavini olan Gündüz Məmmədova həvalə olunub.
Qeyd edək ki, uzun müddət iflicdən əziyət çəkən Elçin Şərifov bu ilin mart ayının 28-də dünyasını dəyişib. Elçin Şərifov həm də keçmiş OMON komandiri Rövşən Cavadovun kürəkəni idi.
Digər xəbərlər
loading...