İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər.
MilliYol.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Cansu Bektaş, Qamze Altun və Nuray Güngör “Tərəqqi” medalı ilə təltif ediliblər.
Digər xəbərlər
loading...