Türkiyədə ev sahibi olmaq istəyən bütün azərbaycanlı dostlarımızı "PAŞA Bank Türkiyə" ilə görüşə dəvət edirik.
MilliYol.Az xəbər verir ki, bu barədə "PAŞA Bank Türkiyə"nin baş direktorunun müavini Ayşe Hale Yıldırım bildirib.
“Həm yaşayış, həm də investisiya məqsədi ilə mənzil almaq istəyən Azərbaycan vətəndaşları öz yerli valyutaları ilə Bankımızdan ipoteka kreditindən istifadə etməkdə üstünlük əldə edəcək və Türkiyədə kredit ballarına sahib olacaqlar. Bu məqsədlə mayın 3-də Türkiyədə həyata keçirilən layihələr haqqında məlumat vermək və ipoteka məhsulumuzu tanıtmaq üçün Bakıda tədbir keçirəcəyik”, - A.H.Yıldırım deyib.
Baş direktorun müavini qeyd edib ki, görüşə gələnlər bankın fəaliyyəti ilə daha yaxından tanış ola biləcəklər:
"İş ortağımız Incity Investments & T&A Projects ilə birlikdə təşkil etdiyimiz bu tədbirdə iştirakçılarımız Türkiyədəki layihələr və daşınmaz əmlak bazarı haqqında məlumat əldə etməklə yanaşı, "PAŞA Bank Türkiyə" ilə tanış olmaq, şirkət haqqında ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar. Görüş iştirakçıları məhsullarımızla tanış olmaqla yanaşı müştərimiz olmaq imkanı əldə edəcəklər. O axşam bizimlə maraqlanan hər kəsi orada görməkdən çox məmnun olarıq".